Neft qiymətlərinin enişi davam edir

saytların hazırlanması

Evə çatdırılma

Neft qiymətlərinin enişi davam edir

İqtisadiyyat

29 Aprel 2025 15:47 328


Çərşənbə axşamı günortadan sonra neft qiymətləri enişini sürətləndirib.

Yenisabah.az xəbər verir ki, bazar iştirakçıları ABŞ və Çin arasında davam edən ticarət müharibəsi fonunda neftə tələbatın azalmasından narahat oldular.

Londonun "ICE Futures" birjasında Brent markalı iyun fyuçersləri 1,25 dollar (1,9%) ucuzlaşaraq 64,61 dollar/barelə bərabər olub. Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri "NYMEX" birjasında 1,05 dollar (1,69%) ucuzlaşaraq bir barelə görə 61 dollar olub. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!