Neftçalada 46 yaşlı kişi süni göldə batdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Neftçalada 46 yaşlı kişi süni göldə batdı - Video

Hadisə

28 Aprel 2024 19:56 809


Neftçalada 46 yaşlı kişi süni göldə batıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Neftçala şəhərində bir nəfərin süni göldə batması barədə məlumat daxil olub. Sezar pizza

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəlb edilib.

Dalğıc qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Azad Tahir oğlu Nəcəfovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!