Neftçalada bələdiyyə sədrindən iyrənc hərəkət

saytların hazırlanması

Evə çatdırılma

Neftçalada bələdiyyə sədrindən iyrənc hərəkət

Rəsmi

16 İyun 2020 17:25 1167


Neftçala rayonu Xolqaraqaşlı kənd bələdiyyəsinin sədri Əlibala Səlimov bələdiyyə üzvü Vəfa Nağıya qarşı “qara piar” kampaniyasına başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Vəfa Nağı özü paylaşıb. 

“Dəyərli dostlar, bələdiyyə sədri məni təhdid edirdi iclasda, indi baxın nə edib. Mən “İnstagram”da şəkillər paylaşmışdım, sonra onları sildim təbii ki. İndi o şəkillərdən birini bizim kəndin dayanacağına yapışdırtdırıb, altında da Ledi Qaqa yazdırıb.  Dördpendirli pizza

Baxın, şərəfsizliyin ən son halı. Bununla məni qorxutmaq istəyir. Mənim heç bir qorxum yoxdur, bu şəkilləri də açıq paylaşmışam. Kəndin dayanacağına yapışdırtdırmaq şərəfsizliyin son həddidir. “102”yə zəng vurdum, polis çağırmışam kəndə”, - deyə bələdiyyə üzvü bildirib.

Vəfa Nağı Əlibala Səlimovdan bələdiyyənin büdcəsi ilə bağlı hesabat tələb edib. Əlibala Səlimov isə hər vəchlə bundan yayınır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!