Neftçalada kritik vəziyyət - Operativ Qərargah yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Neftçalada kritik vəziyyət - Operativ Qərargah yaradıldı

Rəsmi

06 İyun 2020 16:57 1865


Neftçala rayonunda içməli su problemi yaranıb.

Yenisabah.az xəbər verir ki, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, Sübh, Qırmızı Şəfəq, 1-ci Mayak, 2-ci Mayak, Yenikənd, Bankə qəsəbəsi, Kürkənd, Şirvanlı, Uzunbabalı, Tatarməhlə kəndlərində içməli su problemi yaranıb. 

Vəziyyətin ciddiliyi nəzərə alınaraq Neftçala Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Əhalini içməli su ilə təmn etmək məqsədilə əraziyə "Azərsu" ASC-nin 10-na yaxın xüsusi təyinatlı su maşını cəlb edilib. Həmin maşınlar vasitəsilə şəhər, eləcə də sözügedən kənd əhalisinə içməli su verilir. pizza mizza

Kür çayının suyu dəniz suyu qarışdığına görə əkin sahələrinin suvarılması dayandırılıb. Mal-qaranın suvarılmasında isə ciddi problemlər yaranıb.

Hələlik Kürün aşağı axınında yaranmış vəziyyət nəzarətə götürülsə də, gərginlik davam edir.

Məlumata görə, Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi artırılmasa, mövcud vəziyyət qısa müddətdə aradan qaldırılacaq.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!