Neftçalada baş verən yanğın söndürülüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb. Dördpendirli pizza
***
Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.
Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil. /Report
Telegram kanalımız