"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arveladzeni transfer edib.
24 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb. Arveladze yeni komandasında 18 nömrəli formanı geyinəcək. Toyuqlu pizza
Qeyd edək ki, Vato Arveladze daha əvvəl ölkəsinin "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyənin "Kasımpaşa", "Fatih Karagümrük" və Polşanın "Korona" klublarında çıxış edib.
Telegram kanalımız