“Neftçi” hara, Avropa hara” -   Video

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” hara, Avropa hara” - Video

İdman

19 Sentyabr 2019 10:32 1580


“İctimai Televiziya” yeni mövsümündə “3D” adlı layihəyə start verib.

“Yeni Sabah” xəbər verir ki, verilişin budəfəki qonağı “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev olub. Dadaş adlı robort aparıcı isə onu “Qarabağ”ın rəsmisi hesab edərək,  “Qarabağ”la bağlı sual ünvanlayıb:

- “Qarabağ”ın Müşahidə Şurasının Sədri kimi “Qarabağ” – “Sevilya” oyunundan nə gözləyirsiniz? Dominos pizza

-“Mən “Neftçi”nin Müşahidə Şurasının sədriyəm, “Qarabağ”ın yox. Təbii, istəyərdim, “Qarabağ” da udsun. 

- 1 dəqiqə mən köməkçimlə dəqiqləşdirim. 

Luba, mən sənə demişdim ki, “Qarabağ”dan kimisə çağır. Çingiz müəllimi niyə narahat etmisən?

Köməkçi xanım isə cavabında “Neftçi”nin Avropada oynamamasını satirik gülüşə çevirib:

“Dadaş müəllim, “Qarabağ”ın sabah vacib oyunu var. Avropa Liqasında oynayır. “Neftçi” də boş idi də. “Neftçi” hara, Avropa hara e, Dadaş müəllim. Futbol futboldur da. Fərqi nədir e?”.

Qeyd edək ki, “Neftçi” cari mövsüm Avropa Liqasının 3-cü təsnifat mərəhələsində İsrailin “Bney Yehuda” klubu tərəfindən mübarizədən kənarlaşdırılıb.

Ağdam təmsilçisi isə hazırda yoluna Avropa Liqasının qrup mərhələsində davam edir. Ölkəmizin bu turnirdəki yeganə təmsilçisi bu gün saat 20:55-də, Tofiq Bəhramov adına Respublika stadionunda “Sevilya” ilə qarşılaşacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!