"Neftçi" "Keşlə"nin keçmiş qapıçısı Kamran Ağayevi heyətinə qata biləcəyi haqda məlumatlar yayılıb. K. Ağayevin özü ilə əlaqə saxlasaq da, o bu barədə danışmaq istəmədiyini bildirdi.
Məsələ ilə bağlı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə "Yeni Sabah"a açıqlamasında klubun transfer cədvəlində Ağayevin adının olmadığını və bu məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib.
Bu dəqiqələrdə isə "Keşlə" bir çox futbolçusu eyni zamanda Kamran Ağayevlə də yollarını ayırdığını yayıb. pizza sifarişi
Digər yandan "Neftçi" qapıçısı Səlahət Ağayevi də klubda qalmaq üçün razı salmağa çalışır. Amma Səlahətin xarici klublardan gələn təklifləri götür-qoy etməsi Bakı klubunu istəyindən edə bilər. Belə görünür, "ağ-qaralar" Kamranı hələlik cədvələ salmasalar da, bir ayaq darda olanda məcbur heç bir klubda olmayan Ağayevi heyətinə salacaq. Ən azından qarşıdan gələn Avropa Liqasının təsnifat mərhələsinə görə…
Naibə Məmmədova
Telegram kanalımız