“Neftçi” - “Sumqayıt“ matçında dava salan məşqçiyə ağır cəza

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” - “Sumqayıt“ matçında dava salan məşqçiyə ağır cəza

İdman

03 Sentyabr 2019 13:00 1132


AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunun qalmaqalla başa çatan “Neftçi” – “Sumqayıt” oyununda (2:1) baş verənlərə bağlı qərarını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, sözügedən qurum "8 km stadionu"nda yaşananlara görə ağır cəza verib. 

Belə ki, Premyer Liqanın III turunun “Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. pizza sifarişi

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanır, klub 16000 manat cərimə olunur.

“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbərdarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydançaya daxil olduğu üçün klub 800 manat cərimə olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!