“Neftçi”dən geri addım: Ərizə ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”dən geri addım: Ərizə ləğv olundu

İdman

18 Sentyabr 2019 16:57 793


Xəbər verdiyimiz kimi, “Neftçi” tərəfindən klubun keçmiş əməkdaşı olan  İT üzrə mütəxəssis Kamran Abdullayev haqqında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ünvalanıb.

Buna Kamran Abdullayevin işdən çıxdıqdan sonra, klubun veb səhifəsinin əsas idarəetmə panelininin login parol və müştərini panelini təhvil verməməsi səbəb olub.

Bununla əlaqədar klub tərəfindən ona bir neçə dəfə müraciət edilsə də, idarəetmə panelinin məlumatlarını verməkdən imtina edib və məsələnin hüquqi müstəvidə həlli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. pizza sifarişi

"Yeni Sabah" xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi yeni məlumata görə, tərəflər arasında yaranmış problem artıq öz həllini tapıb. Belə ki, “Neftçi” hüquq-mühafizə orqanlarına müraciətini geri götürərək, həmin keçmiş əməkdaşla birbaşa danışıqlara başlaması nəticəsində məsələ öz həllini tapıb və tərəflərin artıq bir-birinə aid olan heç bir irad və yaxud şikayəti qalmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!