“Neftçi“nin baş məşqçisi aliment davasında qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“nin baş məşqçisi aliment davasında qalib gəldi

İdman

25 İyul 2022 23:42 981


"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş arvadı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.

Yenisabah.az "Platech Impact"a istinadla xəbər verir ki, məhkəmə 47 yaşlı mütəxəssisin aylıq cəmi 2 000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 000 avro idi.

Rumıniyalı baş məşqçi 2008-2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var. Toyuqlu pizza

Laurentsiu Regekampf "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.

Məşqşinin aylıq 40 min avro məvacib alacağı iddia olunur.

Anamaria Prodan rumın mediasına əvvəlki açıqlamalarında keçmiş ərindən aylıq 15 min avro aliment alacağını belə iddia edib. O, Regekampf uşaqlarla heç maraqlanmamaqda da günahlandırıb. Buna görə də, məşqçidən əlavə 50 min avro tələb edirdi.

49 yaşlı xanım Prodan "Playboy" modelidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!