Neftin dünya üzrə qiyməti kəskin ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Neftin dünya üzrə qiyməti kəskin ucuzlaşdı

İqtisadiyyat

28 İyun 2025 17:43 500


Dünya bazarında neft qiymətləri son günlərdə ciddi enişlə üzləşib.

YeniSabah.az xəbər verir ki, beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 67,77–67,96 ABŞ dolları, WTI markalı neft isə 65,07 ABŞ dolları civarında satılır.

Son günlər qiymətlərdə müşahidə olunan ucuzlaşmanın əsas səbəbi kimi Yaxın Şərqdə — xüsusilə İsrail və İran arasında gərginliyin azalması və OPEC+ ölkələrinin hasilatı artırmaq planları göstərilir. pizza

Məlumata görə, bu həftə ərzində Brent markalı neftin qiyməti 12 faiz ucuzlaşıb. Hasilatın artırılması ilə bağlı xəbərlər və geopolitik risklərin azalması investorların narahatlığını aradan qaldırıb.

ABŞ-da neft ehtiyatlarının azalması və qlobal tələbin artması qiymətlərə qismən dəstək versə də, analitiklər yaxın aylarda neft qiymətlərinin sabit və ya bir qədər aşağı səviyyədə qalacağını proqnozlaşdırır.

Qeyd edək ki, “Goldman Sachs” və “Macquarie” kimi aparıcı maliyyə qurumları Brent markalı neftin orta qiymətinin yaxın dövrdə 60–67 ABŞ dolları civarında olacağını ehtimal edir.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!