“Azadlıq aşiqi” Nemət Pənahlı yenidən gündəmə gəlib. 62 yaşlı siyasətçi bu dəfə çıxışı ilə deyil, davranışı ilə diqqəti öz üzərinə çəkib.
Yenisabah.az xəbər verir ki, TV Müsavatda aparıcı Sevinc Telmanqızının verilişində qonaq olan siyasətçi qeyri-adi hərəkətiylə tamaşaçıların marağına səbəb olub.
O, aparıcının başı üstə durmaq xahişini yerə salmayıb. N. Pənahlı studiyadakı boş stullardan birinin üzərinə çıxaraq, bir neçə saniyə başı üstə qalıb, maraqlı idman hərəkətləri nümayiş etdirib. pizza hut
Qeyd edək ki, bir müddət əvvəl çəkilən bu kadrlar sosial şəbəkələrdə yenidən gündəm olub.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız