Nemətin ürəyi istəsə, efirdə dombalaq da aşar...

saytların hazırlanması

Evə çatdırılma

Nemətin ürəyi istəsə, efirdə dombalaq da aşar...

Siyasət

17 Yanvar 2023 23:10 1970


İndiki nəsil Nemət Pənahlını tanımır. Bunu nöqsan kimi onların ayağına yazmağın tərəfdarı deyiləm. Hər dövrün öz qəhrəmanı olur. Həqiqi və ya saxta olmasından asılı olmayaraq, Nemət bizim qəhrəmanımız idi.

Heç vaxt Nemətin idarə etdiyi mitinqlərdə olmamışam. O, vaxt bizim öz mitinqlərimiz olurdu. Amma Bakıda oxuyan həmkəndlilərim Nemət haqda çox danışırdılar. Onun bir sözü ilə 1 milyon insanın meydanda oturduğunu deyirdilər. Yenə onun bir sözü ilə hamı dimdik ayaq üstə dayanırdı.

İndi bəziləri həmin dövrü ələ salır, kütləni kütlükdə suçlayır. Meydan hərəkatı tariximizin bir parçasıdır. Yaşımın az, Bakı ilə rayonumuz arasındakı məsafənin çox olması üzündən həmin mitinqlərə qatılmağım mümkün olmamışdı. Amma həmin dövrdə yaşadığım üçün özümü xoşbəxt sayıram. Azərbaycan bizim gözümüzün qabağında müstəqil oldu. Azadlıq şərbəti içməyənlər onun dadını bilməz... Pepperoni pizza

Nemət Pənahlının sonrakı fəaliyyəti ilə işim yoxdur. Səhvlərinin cəzasını özü çəkdi. Hərə səhvinin cəzasını bir cür çəkir: kimi vicdan əzabı çəkir, kimi həbsxanada cəza çəkir. Nemət hər iki cəzanı eyni vaxtda çəkdi.

Nemət Pənahlı yenə gündəmdədir. Bu dəfə TV Müsavatın canlı efirində etdiyi hərəkət onu müzakirə mövzusuna çevirib. İndi o, çoxlarının məzhəkə obyektidir. Güzgüdə özünə baxmağa cəsarət etməyənlər Nemətin şəkillərinə baxıb gülürlər...

Nə baş verib?

Efirdə qonaq olanda həmkarımız Sevinc Telmanqızı yoqa ilə məşğul olduğunu nəzərə alaraq, Nemət Pənahlıdan başı üstə dayanmağı xahiş edib. O da xanım jurnalistin sözünü yerə salmayıb.

Burda gülməli nə var?

Nemət dövlət xadimi deyil. Deputat da deyil. Üç-dörd üzvü olan hansısa partiyanın sədri də deyil. Aydın məsələdir ki, nə vaxtsa hökumətdə yer tutmağı da ağlının ucundan keçirmir. O, heç bir siyasi iddiası olmayan, həyatını istədiyi kimi yaşayan qoca bir kişidir. Ürəyi istəsə, efirdə dombalaq da aşar. Bunun üçün sizdən icazə almalıdır?

Nemətin oğlundan 10 yaş kiçik olan uşaqlar ikinci mərtəbədən birinci mərtəbəyə liftlə düşür. Amma o, 62 yaşı olmasına rəğmən yarım saat baş üstə dayana bilir. Bunun üçün nəfsinə hakim olmaq, sağlam həyat tərzi keçirmək lazımdır. 62 yaşlı kişi 22 yaşlı oğlan kimi gümrahdırsa, onu alqışlamaq lazımdır.

Alqış da qarğış deyil ki, gözünü yumub ağzını açasan. Bunun üçün ürək lazımdır. 62 yaşlı kişini yarım saat başı üstə dayanmağa sövq edən sağlam ürək...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!