“Nərdivan” musiqili dramı nümayiş olunacaq

saytların hazırlanması

Evə çatdırılma

“Nərdivan” musiqili dramı nümayiş olunacaq

Mədəniyyət

19 İyun 2025 12:51 1221


İyunun 20-də Heydər Əliyev Sarayında Xalq şairi Nəriman Həsənzadənin həyatına həsr olunmuş “Nərdivan” musiqili dram tamaşası nümayiş etdiriləcək.

Yenisabah.az xəbər verir ki, tamaşaçılar Nəriman Həsənzadə haqqında bilmədikləri əhvalatlara, xüsusilə də Sara xanımla olan sevgi hekayəsinə 30-dan çox məşhur simanın canlı ifasında şahid olacaq.

Əsas rolları Xəzər Süleymanlı, Ülviyyə Əliyeva, Taleh Yüzbəyov, Xalq artistləri Niyamməddin Musayev, Murad Dadaşov, Gülyanaq Məmmədova, Əməkdar artistlər Lalə Məmmədova, İlqar Cahangir, Toğrul Əsədullayev, tanınmış aparıcılar Lalə Azərtaş, Mətanət Əliverdiyeva, Mehman Rəsulov, dünya şöhrətli fotoqraf Reza Deqati, aktyorlar Faiq Mirzə və Cavid Baba və başqa tanınmış simalar ifa edəcəklər. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!