Nərimanovda 3 narkokuryer və silahlı şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda 3 narkokuryer və silahlı şəxs tutuldu

Kriminal

06 Avqust 2024 14:54 1168


Nərimanov rayonunda əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanılıb

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Tehran İsmayılov, Elçin Məmiyev, Yusif Yusifzadə və Məlik Əzimov paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslərdən olublar. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Tədbirlər zamanı saxlanılan digər şəxslərdən isə ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.

Həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılan Pərviz İbiyevdən isə 1 ədəd "Makarov" tapançası aşkarlanaraq götürülüb. pizza hut

Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!