Nərimanovda küçə və yollar təmir edilir

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda küçə və yollar təmir edilir

Sosial

16 Aprel 2019 15:40 1031


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu ərazisində ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda təmir-bərpa işləri davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, hazırda təmir-bərpa işləri rayonun 2 yaşayış sahəsinin yollarında, 7 küçədə və bu küçələrə birləşən ara yollarda aparılır. Təmir-bərpa işləri ümumi uzunluğu 12 km olan küçə və yolların 50 min kv.m-ə yaxın sahəsini əhatə edir.

Bu “Böyük Şor” və “Daş karxanası” yaşayış sahələrinin 4.5 km uzunluğa malik yolları, həmçinin 2.5 km uzunluğunda olan Arif Hacıyev, Aşıq Qərib, Xan Şuşinski, Faiq Yusifov küçələri, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsi, bundan başqa ümumi uzunluğu 5 km olan Molla Cümə küçəsi və bu küçəyə birləşən ara yollardır. Artıq uzunluğu 480 metr olan Aşıq Qərib və 225 metr uzunluğa malik Xan Şuşinski küçələrində təmir işləri bitib. Dördpendirli pizza

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Nərimanov rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!