İstanbuldakı lüks malikanədə tapılan nəsli kəsilməkdə olan Afrika mənşəli vəhşi Serval pişiyi Qaziantep Zooparkında qoruma altına alınıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəzarətə alınan dişi pişiyin xaricdən gətiriləcək erkək cinslə çoxaldılması hədəflənir.
Xüsusi təchiz olunmuş vasitə ilə Qaziantep Zooparkına gətirilən pişik müalicədən sonra yeni yuvasına yerləşdiriləcək. Toyuqlu pizza
Gaziantep Böyükşəhər Bələdiyyəsi Ətraf mühiti qoruma dairəsinin rəhbəri Cəlal Özsöyler Serval pişiyinin nəsli kəsilməkdə olan heyvan olduğunu ifadə edərək onun sayını çoxaldacaqlarını qeyd edib:
"Bu pişiyi İstanbuldan götürüb buraya gətirdik. 21 günlük uyğunlaşmadan sonra onu sığınacağına qoyub ziyarət üçün açacağıq. Bu pişik Afrika mənşəli olduğu üçün xaricdən gətirilib. Normal şəraitdə bu heyvanlar təbii mühitində olmalıdır. Serval pişik hal-hazırda Türkiyədə yalnız Qaziantep Zooparkında var. Xaricdən gətiriləcək erkək pişiklə bu nəslin sayını artırmağı hədəfləyirik”.
Telegram kanalımız