Netanyahu fevralın 11-də ABŞ-də Trampla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu fevralın 11-də ABŞ-də Trampla görüşəcək

Siyasət

08 Fevral 2026 00:03 535


İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika-İran danışıqlarını müzakirə edəcəklər. Dominos pizza

"Baş nazir hesab edir ki, istənilən danışıqlara mütləq ballistik raketlərin məhdudlaşdırılması və İranın maşalarına dəstəyin dayandırılması mövzuları daxil edilməlidir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ətrafındakı böhranın həlli məsələsi üzrə danışıqları bərpa edib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. Oman xarici işlər naziri Badr əl-Busaidinin sözlərinə görə, Tehran və Vaşinqton nümayəndə heyətləri Maskatda İranın nüvə proqramı üzrə çox ciddi məsləhətləşmələr aparıblar və dialoqu davam etdirmək niyyətindədirlər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!