Nəvəsi olmasa, oğlundan 650 min təzminat alacaq

saytların hazırlanması

Evə çatdırılma

Nəvəsi olmasa, oğlundan 650 min təzminat alacaq

ECONOMICS

14 May 2022 12:47 8643


Hindistanın Uttarakhand əyalətində yaşayan 61 yaşlı Sanjeev və 57 yaşlı Sadhana Prasad bir il ərzində nəvələri doğulmazsa, oğlu və gəlininin təxminən 650 min dollar təzminat ödəməsini tələb edirlər.

Yenisabah.az "The National News"a istinadla xəbər verir ki, yaşlı ata-ananən sözlərinə görə, yeganə oğullarını böyütmək üçün yığdıqları bütün pulları onun təhsilinə və dəbdəbəli toyuna xərcləyiblər.

Onların oğlu və gəlinləri heç bir şərh verməyiblər. Məhkəmə iddiası "psixoloji təzyiq" səbəbi ilə açılıb. pizza

Sadhana Prasad deyib ki, 2006-cı ildə pilot təhsili üçün 65 min dollar ödəyərək oğlunu ABŞ-a göndərib. Oğlu növbəti il qayıdıb, amma dərhal iş tapa bilməyib və ailə oğlunu iki il maddi cəhətdən təmin edib.

Yaşlı cütlük nəvə oynatmaq ümidi ilə 2016-cı ildə oğullarını evləndiriblər. Onlar beşulduzlu oteldə toy məclisi, 80 min dollarlıq lüks avtomobil və xaricdə bal ayı üçün pul ödəyiblər.

Cütlük hesab edir ki, onların nəvələri olsa, “onu oynatsalar ağrı-acıları yüngünləşər”.

Məhkəmənin ailənin şikayətinə mayın 17-də baxılacağı gözlənir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!