Nəzakət Teymurova plastik əməliyyatdan danışmaq istəmədi

saytların hazırlanması

Evə çatdırılma

Nəzakət Teymurova plastik əməliyyatdan danışmaq istəmədi

Şou

23 İyul 2022 22:34 1191


Sosial şəbəkə hesabından aktiv istifadə edən Xalq artisti Nəzakət Teymurovanın xarici görünüşündəki dəyişiklik izləyicilərin diqqətindən qaçmayıb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, xeyli çəki atan 50 yaşlı muğam ustadının "Instagram" hesabında paylaşdığı fotolarda onun plastik əməliyyat etdirdiyini düşünənlər az olmayıb.

Nəzakət Teymurova yayılan əməliyyat iddialarını cavabsız qoyaraq yalnız sənəti ilə gündəmə gəlmək istədiyini qeyd edib: Dominos pizza

"Mən şəxsi həyatımla bağlı açıqlama verməyi sevmirəm. Ancaq gördüyüm işlər, sənətimlə bağlı haqqımda danışılmağını istəyirəm. Sosial şəbəkələrdə insanı tanıyan, tanımayan, sənətini bilən, bilməyən o qədər insanlar lazımsız şeylər yazır ki... İstəmirəm ki, belə şeylərlə gündəmə gəlim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!