Nəzrinin ölümündə təqsirləndirilən həkim: Məhkəmə vaxtı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Nəzrinin ölümündə təqsirləndirilən həkim: Məhkəmə vaxtı məlum oldu

Kriminal

30 May 2025 15:16 417


Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə başlanmış cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Yenisabah.z apa-ya istinadla xəbər verir ki, cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin edilib. pizza

Bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!