8 noyabr – Zəfər Günü tarixində Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.
Telegram kanalımız