Nigar Camal  “yaxşı məsləhət”lərdən boğaza yığıldı

saytların hazırlanması

Evə çatdırılma

Nigar Camal “yaxşı məsləhət”lərdən boğaza yığıldı

Şou

31 May 2025 13:54 535


“Məni qadınların saç rəngi, uzunluğu, stil və başqa məsələlər bağlı verdiyi məsləhətlər artıq bezdirib. Bu mənim üzüm, mənim saçım, mənim stilimdir – bunlar şəxsiyyətimin bir hissəsidir. Necə görünmək istədiyimə yalnız mən qərar verirəm".

Yenisabah.az xəbər verir ki, bunu Nigar Camal "Facebook"da yazıb.

O əlavə edib: “Makiyaj edib-etməməyim, dəbə uyub-uymamağım – bütün bunlar mənim şüurlu seçimimdir.Gözəl, gənc və ya yaşlı olmaq – bunların hər biri həyatın bir mərhələsidir və mən özümü hər dövrdə olduğu kimi qəbul edirəm. Mənə başqasının təsdiqi lazım deyil. Sezar pizza

Açığı, buna ehtiyacım yoxdur. Görünüşümün kiminsə gözləntilərinə uyğun olub-olmaması məni maraqlandırmır. Xüsusilə də “yaxşı məsləhət” adı altında gizlənən qınaq və ya paxıllıq varsa. Biz başqalarının baxışlarına uyğunlaşmaq məcburiyyətində deyilik. Mən elə görünürəm ki, bu mənim daxili azadlığımı əks etdirir. Mənim üçün vacib olan da məhz budur!  Hər kəsə sülh və xeyir diləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!