Niki Minaj karyerasını başa çatdırdı - Özünü ailəsinə həsr edəcək

saytların hazırlanması

Evə çatdırılma

Niki Minaj karyerasını başa çatdırdı - Özünü ailəsinə həsr edəcək

Şou

06 Sentyabr 2019 13:03 1119


Populyar rep ifaçısı Niki Minaj musiqi karyerasının başa çatdığını elan edib. 

“Yeni Sabah” xəbər verir ki, 36 yaşlı müğənni bu barədə “Twitter” səhifəsində yazıb.

Müğənni bildirib ki, karyerasından ailə həyatına görə imtina edir:

“Mən çıxıb getməyi və özümü ailəmə həsr etməyi qərara aldım. Uşaqlar, bilirəm ki, siz bundan çox məmnun qalacaqsınız”. Sezar pizza

Xatırladaq ki, Minaj indiyə kimi dörd tamformatlı studiya albomu buraxıb. O, ABŞ-ın ən nüfuzlu mükafatlarından birinin – “American Music Awards”ın laureatıdır. 10 dəfə “Grammy” mükafatına namizəd irəli sürülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!