Nişanı qayıtdığı deyilən Bayram Nurlu: “Hər şey ola bilər”

saytların hazırlanması

Evə çatdırılma

Nişanı qayıtdığı deyilən Bayram Nurlu: “Hər şey ola bilər”

Şou

25 İyul 2022 15:22 51966


“Həyatda hər şey ola bilər. Qəflətən, insanların həyatlarında inamsızlıq, güvənsizlik ola bilər. Heç nə demək istəmirəm. Mən elə bir insanam ki, əgər, bir insanı sevirəmsə, ona inanmağa çalışıram, inanıramsa, sona qədər də inanıram. Əgər, bir insan mənim həyatımda güvən itirirsə, əlbəttə ki, mən o anda odan ayrıla bilərəm”.

Bu sözləri “Yeni Sabah” a tanınmış ekstrasens Bayram Nurlu nişanın qayıtması barədə yayılan fikirlərə münasibət bildirərkən deyib. O, deyib ki, həyatında ilk ailə qurmaq cəhdi alınmasa da, bundan sonra atdığı addımlarda diqqətlidir:

“Hazırda inamsızlıq, güvənsizliklə bağlı narahatlığım yoxdur.  Həyatımda bir dəfə ayrılıq baş verib. İkinci  dəfə isə atdığım addımlarda diqqətliyəm. Sevgimi sağlam, düzgün şəkildə tapmışam. Ona görə də deyilənlər boş söhbətdir. 27-si mənim nişanımdır.  Sezar pizza

Ayrılanlara, nişan qaytaranlara pis baxmıram. Mənim də həyatımda bir dəfə güclü sevdiyimə baxmayaraq, nişanım qayıdıb. Bundan sonra bir neçə il heç kimi sevə bilmədim. Sonradan öz sevgimi tapdım. İndi hər şey qaydasındadır. Hər kəsə  xoşbəxtlik arzu edirəm. Boş-boş yazanlara da fikir vermirəm. Qoy, onların da həyatlarında sevgi, nişan olsun  başları özlərinə qarışsın”.

Ekstrasens deyib ki, bu cür məlumatlar qəsdli şəkildə yayılır:

“Bu cür məlumatlar sifarişlə həyata keçirilir. Bu mənimlə intriqası olanların əməlləridir. Hətta, vaxtilə, bir oğlanla çıxıb duet oxuyan, indi isə şöhrəti olmayan bir müğənni mənim instaqram hesabımdan nişanlımın ad soyadını tapıb ailəsinə qədər yaxınlaşmaq istəyib. Məqsədi ortalığı qatmaq olsa da, bacarmayıb. O xanım mənimlə düşmənçilik edir. Bir neçə dəfə də onun adını çəkmişəm. İndi onun adını çəkməyi özümə yaraşdırmıram. Xarici müğənnilərin başını kəsib öz başını yapışdıranın səviyyəsində deyiləm. Belə edərək, millətin içində anındaca ifşa olub”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!