Niyaməddin Musayev Gəncədə bıçaqlanmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Niyaməddin Musayev Gəncədə bıçaqlanmasından danışdı

Şou

03 İyun 2023 12:54 3146


“Dərviş band” qrupunun ifası ilə trend olan “Dünya sənin, dünya mənim”in ilk ifaçısı Xalq artisti Niyammədin Musayev mahnının tarixçəsindən danışıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Zaurla Günaydın” proqramına qonaq olarkən açıqlama verib. 

O deyib: “1986-cı ildə, Gəncədə solo konsertlərimdən birində gülün içində bıçağı gizlətmişdilər. Səhnədə gülü mənə verəndə cinayətkar məni bir neçə dəfə bıçaqladı. Sonra mən mikrafonun bunun başına vurdum. Həmin şəxs Gəncə dövlət Flarmoniyasını pəncərəsini sındırıb qaçdı. Gördüm məni qan aparır, vəziyyətim yaxşı deyil. Belə getsə çətin olacaq məsələ... Aləm qarışdı bir-birinə.  Marqarita pizza

Çıxdım çölə və gördüm bir maşın dayanıb, ondan xahiş etdim ki, məni təcili xəstəxanaya çatdırsın. Xəstəxanaya çatana qədər çox qan itirmişdim.  Kimisə əməliyyat edəcəkdilər, onun yerinə məni əməliyyat otağına apardılar. Bunları xatırlamıram, çünki mən həmin an huşumu itirmişdim.  Qaraciyər tərəfdən bıçaqlanmışdım. Əməliyyatdan sonra 14 gün xəstəxanada qaldım, məni görmək üçün ora insanlar axın edirdi. Məni Bakıya helikopterlə gətirdilər. Aylarla müalicə aldım.  

Maarifə xanım bir gün bir qazan yemək və birdə kitab gətirdi ki, Niyammədin, vaxtın olanda bunu oxuyarsan və buna bir mahnı yazarsan. Vərəqlədim kitabı.. Məmməd Arazın “Dünya sənin, dünya mənim” kitabı idi. Şeiri oxudum, inanın, çox təsirləndim. Sanki dünya başıma fırlandı. Dedim ki, mənim balalarım körpədir, dünyamı dəyişsəm  onları kim saxlayacaq. O mahnını elə o təsir altında da stolun üstündə ifa etməyə başladım. Və mahnı belə yazıldı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!