Nizaməddin Şəmsizadənin vəziyyəti necədir?

saytların hazırlanması

Evə çatdırılma

Nizaməddin Şəmsizadənin vəziyyəti necədir?

Sosial

04 Fevral 2025 13:49 210


“Atam 20 gündür komadadır. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, çox təəssüf ki, səhhətində heç bir irəliləyiş yoxdur. Həqiqətən, bu, bizim üçün çox üzücüdür”. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin qızı Ayfər Feyziyeva deyib. 

O bildirib: “Yenə də ümidlə gözləyirik. Ümidimizi heç qırmırıq. Qətiyyən... Allahın izni ilə oyanar. Sağ olsunlar, həkimlər əllərindən nə gəlirsə, hər şeyi edirlər. Allah böyükdür”.  pizza mizza

Xatırladaq ki, dializ və şəkər xəstəliyindən əziyyət çəkən Nizaməddin Şəmsizadə yanvar ayının 15-dən "Baku Medical Plaza"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, yanvarın 23-dən Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub. 70 yaşlı alimə həkimlər sepsis diaqnozu qoyublar. Hazırda o, süni nəfəs aparatına qoşulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!