Nizami Əhmədov kabinetində yaralandı - 1000 manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Nizami Əhmədov kabinetində yaralandı - 1000 manat cərimələndi

Sosial

12 Yanvar 2026 17:37 596


Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb.

"Yeni Sabah" qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə ötən ilin noyabrında gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib.

Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi İ.Ə.-də yaralanıb. Toyuqlu pizza

Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəyib.

Dövlət Əmək Müfəttişliyi Xidməti hadisəyə görə Nizami Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol yazıb və direktor 1000 manat cərimə edilib. Buna səbəb isə məktəb rəhbərliyinin hadisə ilə bağlı müvafiq qurumlara məlumat verməməsi olub.

Direktor məhkəməyə müraciət edərək, nazirlik tərəfindən tətbiq olunan protokolun ləğv edilməsini tələb edib. O bildirib ki, hadisə ilə bağlı təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinə dərhal məlumat verilib. Müvafiq qərarla müfəttişliyin protokolu ləğv olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!