Nömrəsiz avtomobil idarə edən sürücülər cərimələndilər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nömrəsiz avtomobil idarə edən sürücülər cərimələndilər - Fotolar

Maraqlı

13 Oktyabr 2023 19:27 501


Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülər aşkar ediliblər.

Onlara qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!