Növbədənkənar seçkilər olacaqmı?

saytların hazırlanması

Evə çatdırılma

Növbədənkənar seçkilər olacaqmı?

Siyasət

04 İyul 2019 14:53 1039


Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Yeni Sabah” xəbər verir ki, Ə. Əhmədov jurnalistlərə açıqlamasında bu məlumatların əsassız olduğunu bildirib: 

“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkəmar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur". Marqarita pizza

Baş nazirin müavini qeyd edib ki, Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir: 

“Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək. Bu ilin dekabrında isə növbəti bələdiyyə seçkiləri keçiriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!