Novella Cəfəroğlu koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Novella Cəfəroğlu koronavirusa yoluxub

Sağlamlıq

09 Oktyabr 2020 13:35 1214


Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, xəstəliyi barədə “Şərq”ə Novella xanım özü danışıb: 

"İlk günlər heç bir əlamət yox idi. Amma çox tərləyirdim, hiss edirdim ki, getdikcə iybilmə və dadbilmə qabiliyyətini itirirəm. Yanımda olanlardan bir nəfərin koronavirusa yoluxduğu təsdiqlənmişdi. Bunu nəzərə alıb mən də analiz verməyi qərara aldım. Və analizin cavabı pozitiv çıxdı. Məlum oldu ki, müntəzəm təmasda olduğum insanlardan 4-ü koronavirusa yoluxub. Dördpendirli pizza

Ona görə də deyirəm, məsləhət görürəm ki, insanlar bir-birilə yaxın təmaslardan çəkinsinlər, kütləvi yerlərə getməsinlər, ara məsafəsi saxlasınlar. Koronavirusa ciddi yanaşmaq lazımdı. Karantin qaydalarını unutmamalıyıq, hamı ona əməl etməlidir. Kimin daşıyıcı olduğunu bilmirsən, bir də xəbər tutursan ki, sən də yoluxmusan.

Karantin qaydalarına ciddi şəkildə əməl edilməlidir. Şükür ki, xəstəliyi mən ağır keçirmədim. Artıq karantin müddətim bitib. Qarşıdakı həftənin ikinci günü bir də analiz verəcəm, arxayın olmaq üçün ki, tam sağalmışam, ya yox". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!