Temperatur kəskin endi - Bu ərazilərə qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Temperatur kəskin endi - Bu ərazilərə qar yağacaq

Sosial

23 Fevral 2026 12:22 1424


Fevralın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  

Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Sezar pizza

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!