Noyabrın 9-da üçtərəfli görüş niyə baş tutmayıb?   - Paşinyandan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Noyabrın 9-da üçtərəfli görüş niyə baş tutmayıb? - Paşinyandan açıqlama

Siyasət

24 Noyabr 2021 09:47 796


Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əsirlərin qaytarılması ilə bağlı qərarın olmaması səbəbindən noyabrın 9-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə videokonfrans vasitəsilə üçtərəfli görüşdən imtina etdiyini bildirib.

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş naziri bununla bağlı deyib:

“Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, dedim ki, bu ideya problemlidir, çünki noyabrın 9-u bizim üçün ağır gündür”. pizza

“Amma mən dedim ki, konkret qərarların qəbul ediləcəyi, məsələn, erməni hərbi əsirlərin qaytarılacağı ortaya çıxarsa, noyabrın 9-da keçiriləcək görüşə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə qədər təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”, - Paşinyan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • M.Vuqar.M-oglu.
    Nikol ,özünü çox hiyləgərcəsinə aparır sanki qalib tərəf kimi özünü hiss edir!
    4 years ago