“O 200 Azərbaycan əsgərinin Ermənistan torpağına girdiyini deyir”

saytların hazırlanması

Evə çatdırılma

“O 200 Azərbaycan əsgərinin Ermənistan torpağına girdiyini deyir”

Siyasət

15 May 2021 14:29 4412


“Xarı Bülbül festivalının 2-ci hissəsi triumfla başa çatdı. Başda dünyanın bir nömrəli tenorlarınıdan biri olan Yusif Eyvazovla birlikdə RF-nın azərbaycanlı tanınmış opera sənətkarları Azərbaycan müsiqi sənətinin zirvəsini dünyaya təqdim etdilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, bu müsiqi festivalı çox yuxarı profesionallıqla təşkil edilmişdi. Dünya şöhrətli azərbaycanlı klassik musiqi dahilərinin bu festivalda iştirak etməsi, mahnıları İtaliyan və ya Alman dilində yox təmiz Azərbaycan dilində əsl opera incisi kimi dünya dinləyicilərinə təqdim etmələri bir daha Azərbaycan ölkəsinin incəsənət sahəsində səviyyəsini göstərdi. 

“Azərbaycanın atdığı şərəf addımları sözsüz Ermənistan millətçilərini və onların havadarlarını qıcıqlandırır. Ermənistan xəbərlərini dərindən analiz edəndə Paşinyanın həm seçkilərlə əlaqədar xal toplamaq cəhdi görsənir, həm də bu bəyanatları tapşırıqla verdiyi açıq-aşkar hiss olunur. O 200 Azərbaycan əsgərinin dırnaq arası Ermənistan torpağına girdiyini qeyd etməklə, tələm-tələsik ancaq heç bir atəş açılmadığını, hərbi əməliyyat aparılmadığını qeyd edir.  pizza hut

Təhlükəsizlik Şurasına (ODKB) müraciətidə kiməsə həvalə etdiyini qeyd edir. Bu təhlükəsizlik şurasının üzvüləri arasında Azərbaycanın Belarus, Qazaxstan, Qırğızıstan kimi yaxınları var. Onlar RF aqressiyasından qorxsalar da Azərbaycanın əleyhinə olan qərara səs verməzlər. Azərbaycan bir məsələni qəbul etməli və tədbirlər görməlidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca, müstəqil siyasət apardıqca özünü bu regionun ağası hesab edən ölkə dahada aqressivləşəcəkdir. Azərbaycan ABŞ-la (İsrailin imkanlarından istifadə etmək olar) Aİ-ı ilə əlaqələri

gücləndirməlidir. Türkiyənin imkanlarından maksimum istifadə etməlidir. Türkiyənin gələcəyi olmayan anti İsrail siyasəti nəinki ABŞ-dan, onu ərəb ölkələrindən də uzaqlaşdırır. Bu bizim də ziyanımızadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!