“O məmurlar hələ də orda oturub, ona görə islahat gözləmirəm” – Elçin Şıxlı

saytların hazırlanması

Evə çatdırılma

“O məmurlar hələ də orda oturub, ona görə islahat gözləmirəm” – Elçin Şıxlı

Siyasət

18 Mart 2019 18:40 1604


Son günlərdə aparılan islahatlar bəzi sahələrdə də gözləntilərə səbəb olub. Belə sahələrdən biri də mediadır. Media sahəsində nə kimi islahatlara ehtiyac olduğunu, hansı təklifləri irəli sürəcəyini öyrənmək üçün fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının fikirlərini öyrəndik. 

E. Şıxlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, atılacaq addımlar barədə danışmaqdan yorulub: “Təkrar etməkdən yorulmuşam. Ona görə nə addım atılacaq hələ bilmirəm. Atılsın sonra fikrimi deyəcəm. Təklifim çoxdur. 

Birincisi, gərək hər şey kökündən dəyişdirilsin. Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin. Beynin düzəlməsi də mümkün deyil. Çətin məsələdir. Təkliflər vermişəm, indi daha vermək istəmirəm. Bəsdir. Hər şey ortalıqdadır, illərdi deyirik. Qəzet yayımı sistemi məhv edilib. Bu bərpa olunmalıdır.  Sezar pizza

Reklam bazarı mümkün qədər özünə gətirilməlidir. Siyasi qadağalar olmamalıdır. Kimə reklam vermək olar, kimə olmaz məsələsi aradan qaldırılmalıdır. Bunu da hakimiyyətdə oturan müəyyən məmurlar edir. O məmurlar da hələ orda oturub, ona görə heç bir islahat gözləmirəm”. 

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!