“O romanı “Xaş” adlandırması Seymur Baycanın özünə yaraşandır“ -   Qalmaqal 

saytların hazırlanması

Evə çatdırılma

“O romanı “Xaş” adlandırması Seymur Baycanın özünə yaraşandır“ - Qalmaqal 

Mədəniyyət

12 Aprel 2022 09:39 2122


Yazıçı Hüseynbala Mirələmov həmkarı Seymur Baycana ittihamlarla dolu yazı ilə çıxış edib. "Yeni Sabah" həmin yazını qısa ixtisarla təqdim edir:

***

Bu günlərdə kulis.az saytında Seymur Baycanın gənc yazarlara ünvanladığı nimdaş ironiyalı “məsləhətlər”ini oxudum: “Azərbaycan ədəbiyyatında xeyli əsərlər var ki, üstündə təzədən işləyib asanlıqla "özəlləşdirmək" olar.  Xeyli əsər oturub səbirsizliklə öz müştərisinin yolun gözləyir. Məsələn, Elçinin "Baş" romanını asanlıqla özəlləşdirib, orasına-burasına bir az əl gəzdirib "Xaş" adıyla rahatlıqla nəşr etmək mümkündür. 
 

Yaxud olsun Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanı. Məsəl üçün dedim. Xammal, hazır mətn nə qədər bayağı olarsa, üstündə işləmək, onu özəlləşdirmək bir o qədər rahat və asan olur. Hər kəs üstündə işləyəcəyi mətni özü seçməlidir, xammalı özü tapmalıdır. Bizim gənc yazıçılar özlərini çox əziyyətə salırlar. Niyə özünüzü bu qədər əziyyətə salırsınız? Hazır nə qədər roman, povest, hekayələr var. Götürün orasına-burasına bir az əl gəzdirin, öz romanınız, povestiniz, hekayəniz kimi nəşr edin. Neçə adama bu məsləhəti vermişəm. Nədənsə hələ ki, bu məsləhəti eşidən yoxdur. Bilmirəm onlara nə mane olur?” Dominos pizza

Əvvəlcə, onu qeyd edim ki, özündən başqa heç kimi oxumayan Seymurun xalq yazıçısı Elçinin “Baş” romanı haqqında qələmə alınan onlarla dəyərli resenziyanı heç oxumadığına da təəccüblənmədim. Həmin əsər həm Azərbaycanda, həm də xaricdə oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Xalq yazıçısının “Baş” romanını guya sarkazmla “Xaş” adlandırması da lap Seymur Baycanın özünə yaraşandır, başıyla deyil, qarnıyla düşünəndən bundan artıq hansı ifadəni gözləmək olar?

“Selincervari inziva”da özünü yazarlığa vurub “müxtəlif ölçülü məhsullar istehsal edən” Seymurun  bu fikirlərinə onun növbəti publisistik demaqogiyası kimi  yanaşıb kinayəylə gülümsəyib keçmək də olardı. Amma bu dəfə Seymura sükutla yox, çox sanballı müəlliflərin “Gəlinlik paltarı” romanı haqqında yazılan dəyərli məqalə və resenziyalarından sadəcə bir  neçə cümləni xatırlatmaqla cavab vermək qərarına gəldim.

(Yazının bu yerində H. Mirələmov Akademik Nizami Cəfərov, Professor Nizaməddin Şəmsizadə, Professor Minaxanım Nuriyeva-Təkəli, Professor Vaqif Yusifli, Əli Rza Xələfli və digərlərindən sitatlar təqdim edib – (Yeni Sabah).
                                                           ***
Burada adını çəkdiyim və çəkmədiyim, roman haqqında dəyərli fikirlər yazan müəlliflərə dərin minnətdarlıq hissi ilə onu da xatırlatmaq istərdim ki, “Gəlinlik paltarı”  haqqında yazılan onlarla resenziyadan ibarət “Fənayənin sualları” publisistik toplusu və mərhum Vəkil Hacılının müəllifi olduğu “Gəlinlik paltarı”nın işığında” kitabı hələ  2000-ci illərin əvvəllərində nəşr edilərək oxuculara təqdim olunub.   
Sonda bir budaqda oturub min budağı silkələməyə çalışan Seymurun yaradıcılığa yeni başlayan yazarlara verdiyi ritorik - ironik sualı çoxqatlı mənada elə onun özünə ünvanlamaq istərdim: “Niyə özünü bu qədər əziyyətə salırsan, Seymur Baycan, sənə nə mane olur?..”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!