“O vaxt gülürdülər, indi isə bizi təqlid edirlər” - Paşinyan müxalifətdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“O vaxt gülürdülər, indi isə bizi təqlid edirlər” - Paşinyan müxalifətdən danışdı

Siyasət

04 May 2022 18:45 270


Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət qüvvələrinin onun istefası üçün tətbiq etdiyi taktikanı şərh edib.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, müxalifəti 2018-ci ildə onun başçılıq etdiyi addımları təqlid etməkdə ittiham edib.

İrəvanın mərkəzində müxalifətçilər çadır qurublar
Zaxarova: "Moskva Türkiyənin hava məkanını bağlamaq qərarına anlayışla yanaşır"
Kreml: Kiyev razılaşdırılmış məsələlərlə bağlı mövqeyini tez-tez dəyişir
“2018-ci ildə onlar etirazçıların bel çantaları ilə addımlamasına gülürdü, amma indi şəhərdə bel çantaları 2 dəfə bahalaşıb. Müxalifət 2018-ci il inqilabına gülürdü, ancaq indi onu təqlid edir”, - Paşinyan deyib. pizza mizza

Baş nazir zarafatla müxalifət qüvvələrinə sahibsiz itlərin də qoşulmalı olduğunu qeyd edib: “2018-ci ildə yürüşümüz zamanı bizə sahibsiz it qoşulmuşdu. İndi isə it hazırkı müxalifətçilərə qoşulmalı olacaq”.

Paşinyan demokratiyanın dövlətin zəifliyi demək olmadığını qeyd edərək lazım olan məqamda dövlət aparatının sərt reaksiya verəcəyini vurğulayıb.

“İndi onlar etiraf etməlidirlər ki, ya onlar özləri dövlət çevrilişi istəyirlər, ya da biz demokratik yolla hakimiyyətə gəlmişik”, - Paşinyan əlavə edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!