“OBA” market 3 ay əvvəlki pendiri yeni tarixlə satışa çıxardı – Foto

saytların hazırlanması

Evə çatdırılma

“OBA” market 3 ay əvvəlki pendiri yeni tarixlə satışa çıxardı – Foto

Sağlamlıq

15 Yanvar 2020 16:39 3026


"OBA" marketlər şəbəkəsində vaxtı keçmiş məhsullar istehsal tarixi dəyişdirilərək satılır.

YeniSabah.az-a daxil olan şikayətə görə, sözügedən hal marketin Ceyranbatan ərazisindəki filialında yaşanıb. Şikayətçinin sözlərinə görə, məhsulun üzərində bir-birinin əksi olan iki tarix yapışdırılıb:

"OBA" marketdən pendir almışıq. Üstünə ikinci qiymət kağızı yapışdırılıb. Əvvəlki oktyabr ayı, yenisi isə yanvar". pizza

Xatırladaq ki, bu OBA marketdə istehsal tarixi ilə bağlı yaşanan ilk şikayət deyil. Bundan öncə, istehsal tarixi 15 mart olaraq qeyd edilən məhsul ondan bir gün öncə - 14 martda satışa çıxarılmışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!