Odessada yanan oteldə azərbaycanlılar da olub?

saytların hazırlanması

Evə çatdırılma

Odessada yanan oteldə azərbaycanlılar da olub?

Kriminal

17 Avqust 2019 11:35 1347


Ukraynanın Odessa şəhərində şənbə gününə keçən gecə oteldə baş verən yanğın nəticəsində ölənlər və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.

"Yeni Sabah" bildirir ki, bu barədə Azərtac-a Ukrayna Milli Polisindən məlumat verilib. Hazırda ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, avqustun 17-də yerli vaxtla gecə saat 01:34-da “Tokio Star” hotelində başlayan yanğının söndürülməsinə 13 yanğınsöndürən maşın və 60-dan çox xilasedici cəlb edilib. Yanğın təxminən 4:32-də söndürülüb. Hadisə nəticəsində 8 nəfər həlak olub. Xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib. Pepperoni pizza

Ukrayna Prezidenti Vladimir Zelenski faciənin təhqiqatını şəxsi nəzarətə götürdüyünü açıqlayıb. Bildirib ki, bütün təqsirkarlar layiqli cəzasını alacaq.

Yanğının səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

Baş Nazir Vladimir Qroysman ölkənin bütün istirahət məkanlarında, ilk növbədə otel və sanatoriyalarda yanğın təhlükəsizliyinin yoxlanılmasına dair tapşırıq verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!