Ofis işçiləri 20 il sonra belə görünəcək - Dəhşətli video

saytların hazırlanması

Evə çatdırılma

Ofis işçiləri 20 il sonra belə görünəcək - Dəhşətli video

Dünya

25 Oktyabr 2019 15:59 1283


İngiltərəli futurist yazar Uilyam Hayem dünyadakı ofislərdə şəraitin dəyişdirilməməsi halında işçilərin hansı hala düşəcəyini göstərmək üçün robot hazırlayıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, Emma adlandırılan robotda bir insanın 20 il ərzində demək olar ki, kresloya yapışıq halda işləməsinin nəticəsi əks olunub. Emma qozbel, yekə qarın, varikozdan əziyyət çəkən, əlləri və ayaqları şişmiş, gözləri qan çanağına dönmüş qadın kimi təsvir olunub.

Yazar bildirir ki, saatlarla narahat kresloda əyləşən, saatlarla hərəkət etməyən və ekrana baxan bütün ofis işçilərinin Emmaya oxşaması qaçınılmazdır.  Marqarita pizza

Qeyd edək ki, İngiltərədə aparılan araşdırmaya görə, hər 100 ofis işçisindən 50-si gözlərində ağrı hiss edir, 49-da bel ağrısı, 48-də isə baş ağrıları müşahidə edilir.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!