Oğlanlar, corabsız ayaqqabı geyinmək göbələk riski yaradır

saytların hazırlanması

Evə çatdırılma

Oğlanlar, corabsız ayaqqabı geyinmək göbələk riski yaradır

Sağlamlıq

08 İyun 2026 16:34 278


Gənc oğlanlar arasında corabsız ayaqqabı geyinmək dəb halını alıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş bəzi hallarda sağlamlıq üçün risk yarada bilər.

“Əsas məsələ ayaqqabının hazırlandığı materialdır. Əgər ayaqqabı hava keçirməyən materialdan hazırlanıbsa, ayaqda nəm mühit yaranır və tərləmə artır. Nəmli mühit isə göbələk infeksiyalarının yaranması üçün əlverişli şərait formalaşdırır”.

Bunu “Yeni Sabah”a həkim-infeksionist Ləman Qalimova deyib. Dördpendirli pizza

Onun sözlərinə görə, bu vəziyyət uzun müddət davam etdikdə ayaqda göbələk xəstəliyi yarana bilər:

“Belə hallarda yalnız müalicə aparmaq kifayət etmir. Əgər problemin yaranmasına səbəb olan şərait aradan qaldırılmazsa, xəstəlik təkrar-təkrar üzə çıxa və müalicə prosesi uzana bilər. Lakin ayaqda, xüsusilə də barmaq aralarında nəmlik yaranırsa, bunun qarşısını vaxtında almaq vacibdir. Bu məqsədlə hava keçirən, rahat materiallardan hazırlanmış ayaqqabıların seçilməsi tövsiyə olunur.

Bəzi ayaqqabılar corabsız geyinildikdə belə ayağı tərlətmir, digərləri isə əksinə, tərləməni artırır. Buna görə də ayaqqabı seçiminə diqqət yetirilməlidir”.

L.Qalimova vurğulayıb ki, bu qaydalar həm kişilərə, həm də qadınlara aiddir:

“Bundan əlavə, çimdikdən sonra ayaqları, xüsusilə də barmaq aralarını yaxşıca qurutmaq lazımdır. Onun sözlərinə görə, nəm mühitin qalması göbələk infeksiyalarının yaranma riskini əhəmiyyətli dərəcədə artırır”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!