Oğlu həbs olunan deputatdan açıqlama:   “Təxribatdır...”

saytların hazırlanması

Evə çatdırılma

Oğlu həbs olunan deputatdan açıqlama: “Təxribatdır...”

Siyasət

19 Avqust 2019 10:14 2032


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun rəhbəri oluğu "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb.

“Yeni Sabah” bildirir ki, deputat İqbal Məmmədov məsələ ilə bağlı Unikal.org-a açıqlama verib. O "Relax” İstirahət Mərkəzində baş verən hadisəni təxribat adlandırıb:

“Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən "Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”.  Toyuqlu pizza

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: “Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!