Xalq artisti Röya Ayxan doğum günü ərəfəsində 14/41 adlı albomu və həmin albomda yer alan 2 mahnıya çəkilmiş klipin təmtəraqlı və dəmdəsgahlı təqdimatını keçirib.
Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçini özəl günündə oğlu Hüseyn onu tək qoymayıb.
O, anasını doğum günü münasibəti ilə təbrik edib: Dominos pizza
“Anama yalnız xoşbəxtlik arzu edirəm. İstəyirəm ki, onun hər doğum günü belə gözəl keçsin. Bu gün olduğu kimi dostları hər zaman yanında olsun. Ona can sağlığı arzu edirəm.
Düzünü deyəcəyəm, anama hədiyyəm yoxdur. Ona hər dəfə deyirəm ki, sənə hədiyyə almaq istəyirəm. Nə alım sənə? Cavab verir ki, mənə heç nə lazım deyil. Mənim hədiyyəm sənsən, oğlum. Ona görə hədiyyə almayacağam”.
Sənətçinin oğlu bu yaxınlarda təhsil üçün ABŞ-a gedəcək:
“Amerikaya getməyimin ən birinci səbəbi orada olan təhsil sisteminin çox keyfiyyətli olmasıdır. Mən ingilis dilini bütün dillərdən daha yaxşı bilirəm. Düşüncələrim, fikirlərim hamısı ingilis dilindədir. Uşaq yaşlarımdan bu dili mükəmməl şəkildə öyrənmişəm. Hazırda Dubayda təhsil alıram. Amma bir illik bura, Bakıya geri dönəcəyəm. 9-cu sinifi başa vurub, sənəd işlərimi həll edib ABŞ-a gedib, orada təhsilimi davam edəcəyəm”.
Hüseyn gələcəkdə özünü biznes sahəsində sınamağı düşünür:
“İş adamı olmaq istəyirəm. Arzum öz biznesimi qurub, anama baxmaqdır. İstəyirəm ki, anamın bütün maddi məsələlərini özüm həll edim. Qlobal bizneslərdən birinə yiyələnmək istəyirəm”.
Telegram kanalımız