“Oğlunu həbsdən azad edəcəm” deyib ahıl qadını aldatdı

saytların hazırlanması

Evə çatdırılma

“Oğlunu həbsdən azad edəcəm” deyib ahıl qadını aldatdı

Kriminal

10 İyun 2025 16:24 389


Lənkəran şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22200 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.

Əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb. Toyuqlu pizza

Araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək biri 40000 manat, digəri isə 6000 ABŞ dolları olmaqla, ümumilikdə 72400 manat dəyərində vəsaiti ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!