Oğlunu hərbi xidmətə yola salan ana qəfil vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Oğlunu hərbi xidmətə yola salan ana qəfil vəfat etdi

Sosial

27 Yanvar 2025 21:58 253


Zaqatala sakini Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova bu gün səhər saatlarında yaşadığı ünvandan Təcili Tibbi Yardım çağırışı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.

M. Əminova xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. Dördpendirli pizza

Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəlliməsi işləyib.

Onların evində ötən gecə övladının hərbi xidmətə yola salmaları ilə əlaqədar mərasim təşkil olunubmuş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!