Oğul atasını döyərək öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Oğul atasını döyərək öldürdü

Kriminal

01 Aprel 2019 17:54 1077


Cəlilabad rayonunda oğul atasını döyərək qətlə yetirib.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, hadisə martın 30-da saat 2 radələrində rayonun Göytəpə şəhərində baş verib.

Belə ki, əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzulla Dadaşovu döyərək qətlə yetirib. Pepperoni pizza

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!