Oğuzda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.
"Yeni Sabah" xəbər verir ki, bu tədbirlər Oğuz Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 33 kənd və 1 şəhərində aparılır.
Oğuz rayonu ərazisində 21493 baş iribuynuzlu, 46033 baş xırdabuynuzlu, 50 baş donuz, 736 baş təkdırnaqlı, 3936 baş sahibli it və 134895 baş ev quşu mövcuddur. Toyuqlu pizza
Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 22950 baş iribuynuzlu, 736 baş təkdırnaqlı heyvanda (504 baş at, 232 baş qatır-uzunqulaq), 45 baş donuzda qarayara, 3936 baş sahibli itdə quduzluq, 45 baş donuzda taun, 16908 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Fevral ayından Oğuz rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 22911 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.
Mart ayının ilk günlərindən isə Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 7553 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Qeyd edək ki,Oğuz rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.
Telegram kanalımız