Oktyabrdan 50 mindən çox müəllim artımla maaş alacaq

saytların hazırlanması

Evə çatdırılma

Oktyabrdan 50 mindən çox müəllim artımla maaş alacaq

Sosial

19 Sentyabr 2024 20:14 1897


Sertifikasiya imtahanının müsahibə mərhələsindən sonra ümumilikdə artımla əməkhaqqı alan müəllimlərin sayı 55 minə çatması gözlənilir.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktoru Eşqi Bağırov “QəbuldASAN”verlişində çıxışı zamanı deyib.

O qeyd edib ki, oktyabr ayının birinci yarısı sertifikasiya imtahanın müsahibə mərhələsi başa çatacaq. Marqarita pizza

“Bu prossesdən keçən bütün müəllimlər əməkhaqqlarını artımla alacaqlar.

Ümumilikdə artımla əməkhaqqı alan müəllimlərin sayı 55 minə çatacaq. Ötən il sertifikasiyada uğursuz olan müəllimlərə bir il ərzində əlavə dəstəkləyici tədbirlər təşkil edildi. Ötən il sertifikasiyadan kəsilən 8 min müəllimin bu il 50 faizi imtahanda uğur qazandı”,- deyə o bildirib.

Qeyd edək ki, cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb edilib. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!