İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” gücünün yeni komandiri briqada generalı İsmayıl Kaani olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə sərəncamı İranın ali lideri, silahlı qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.
İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib. pizza mizza
Xatırladaq ki, “Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub. /Report
Telegram kanalımız